Telekanal operatoru Ukrayna yaralanıb... Telekanal operatoru Ukrayna yaralanıb...

Telekanal operatoru Ukrayna yaralanıb... Telekanal operatoru Ukrayna yaralanıb...

"Rossiya 24” telekanalı xəbər verir ki, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti dövlət holdinqinin operatoru Aleksandr Puşin Ukrayna ərazisindəki xüsusi əməliyyat zonasında yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, hərbi toqquşmalar zamanı yara alıb. Puşinin həyatı üçün təhlükə yoxdur.

O, təcili olaraq tibb müəssisəsinə yerləşdirilib.

Deyilənlərə görə, qəlpələr operatorun ayağına dəyib.

Qeyd edək ki, bundan əvvəl “İzvestiya” qəzetinin müxbiri Semyon Eremin hərbi əməliyyatlar zonasında həlak olub. Jurnalist aprelin 23-də dəfn edilib.

Prezident Vladimir Putin Eremini ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə