Ruslar Xarkov vilayətinin Volçansk şəhərinə zərbələr endirmək üçün TOS-2 “Solntsepek” ağır alov qurğularından istifadə edirlər.
Amma buna baxmayaraq, onlar küçə döyüşlərində bataqlığa düşdülər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın “Xortitsa” əməliyyat-strateji qoşun qrupunun spikeri Nazar Voloşin liga.net saytına şərhində bildirib.
O, qeyd edib ki, düşmən Volçanska hücumu davam etdirməyə çalışır və piyada birləşmələri ilə şəhərdə möhkəmlənmək cəhdlərindən əl çəkmir.
Eyni zamanda o, Volçanskın böyük hissəsinin Müdafiə Qüvvələrinin nəzarətində olduğunu vurğulayıb.
Voloşinin sözlərinə görə, Rusiya qüvvələri müvəffəqiyyət əldə etmək üçün quru hücumlarını hava hücumları ilə birləşdirirlər, həmçinin TOS-2 “Solntsepek” ağır alov qurğusundan istifadə edərək şəhəri termobarik sursatlarla bombalayırlar.
...O, həmçinin qeyd edib ki, ruslar Ukrayna mövqelərinə 18 hava zərbəsi endiriblər. Belə ki, kamikadze dronlardan istifadə edən ruslar 306 hücum həyata keçiriblər.
Eyni zamanda ukraynalı artilleriyaçılar 547 atəş missiyasını yerinə yetiriblər.
...Ruslar Volçansk uğrunda küçə döyüşlərində isə tamamilə batağa düşüblər və hücum bölmələrinin şəxsi heyətində çox böyük itkilər veriblər - aktiv hücum əməliyyatlarını dəstəkləmək üçün ehtiyatları müxtəlif istiqamətlərdən köçürməli olurlar, lakin bu da uğurlu alınmayıb.
Bundan əlavə, ruslar öz hərəkətlərini dəstəkləmək üçün 44-cü Ordu Korpusunun tərkibinə daxil olan motoatıcı birləşmələri hərəkətə keçirməyə çalışırlar.
...Bu korpus Rusiya Federasiyasının şimal-qərbində, Kareliyada Leninqrad Hərbi Dairəsinin tərkibində yaradılıb.
...Voloşin düşmənin gündə 250 nəfərə yaxın itkisi olduğunu, onlardan 54 nəfərin öldüyünü, bir neçə rusun isə əsir götürüldüyünü deyir.
Cəbhənin bu istiqamətində gedən döyüşlər nəticəsində Ukrayna Müdafiə Qüvvələri rusların bir tankını, iki artilleriya sistemini, beş texnikasını və beş ədəd xüsusi texnikasını məhv edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB