“Rusiya ərazisinə hücumlara icazə vermək lazımdır...”

Bundestaqın üzvləri Ukraynanın silahdan istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş edirlər
“Rusiya ərazisinə hücumlara icazə vermək lazımdır...”

...Bu arada Bundestaqın üzvləri Kiyevin Qərb silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı təklif ediblər.

Yəni onlar da Rusiya ərazisinə zərbə endirməyi təklif edirlər.

SİA-nın TASS-dan əldə etdiyi məlumata görə, bu fikri Almaniya Sosial Demokrat Partiyasının nümayəndəsi Andreas Şvarts və Xristian Demokratik və Xristian Sosial Birlikləri fraksiyasının sədr müavini Yohan Vadeful səsləndiriblər.

Deməli, Şvarts hesab edir ki, NATO-nun baş katibi Yens Stoltenberqin ideyasını dəstəkləmək və Rusiya ərazisinə hücumlara icazə vermək lazımdır.

Deputatın sözlərinə görə, beynəlxalq hüquq belə bir qərara mane olmur. O, əmindir ki, Moskva indiki vəziyyətdən müəyyən fayda əldə edir.

Vadeful əlavə edib ki, Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətlər dərhal aradan qaldırılmalıdır.

Ümumiyyətlə, siyasətçilər hesab edirlər ki, Almaniya kansleri Olaf Şolz nəhayət, Ukraynaya “Taurus” uzaqmənzilli qanadlı raketlərin verilməsinə razılıq verməlidir.

Almaniya hökumətinin başçısı hesab edir ki, bu silahlardan istifadə etmək üçün alman əsgərləri lazımdır.

...Və o, bu xətti keçmək istəmir..?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə