Fransisk: Papua-Yeni Qvineyada zərərçəkənlər üçün dua edək

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində zərərçəkənlər üçün dua etdiyini deyib. SİA xəbər verir ki, Roma Papası insanları torpaq sürüşməsi nəticəsində torpaq-palçıq axını və dağıntı altında qalanlar üçün dua etməyə və itkin düşənlərin xilasetmə əməliyyatlarında konkret dəstəklərlə onlara yaxın olmağa çağırıb.

“Baş verən faciəyə görə dərin kədər hissi keçirirəm və zərərçəkənlərə mənəvi yaxınlığımı ifadə edirəm. Həlak olanlar və itkilərinə yas tutanlar, eləcə də itkin düşmüş insanların davam edən xilasetmə əməliyyatları üçün dua edirəm”, - deyə Papa Fransisk vurğulayıb.

Xatırladaq ki, mayın 23-dən 24-nə keçən gecə Papua-Yeni Qvineyada baş vermiş torpaq sürüşməsi nəticəsində 6 kənddə 150 ev torpaq altında qalıb, 250 ev yararsız hala düşüb. Ən azı 4 min nəfərin yaşadığı bölgədə torpaq-palçıq axını və dağıntı altında 2 mindən çox insanın qaldığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə