Təyyarədə bomba zarafatı etdi, həbs edildi

THY-nin Kayseri-İstanbul reysi ilə uçan təyyarəyə minən Gediz Solgançok (39) kabin heyətinə "Məni bir üst səviyyədə yerləşdirməlisiniz. Yoxsa təyyarənizi bombalayacağıq" - deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sərnişinlər arasında panika yaradan Solgançok nəzarətə götürülüb.

İfadəsində “sadəcə zarafat etdim” deyən Solgançok barəsində 5 ildən 10 ilə qədər həbs tələbi ilə iddia açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə