Şanlıurfada pambıqtəmizləmə fabrikində yanğın: Tonlarla pambıq kül oldu

Şanlıurfanın Viranşehir rayonunda pambıqtəmizləmə fabrikində baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yanğın zamanı tonlarla pambıq məhv olub.

Şanlıurfanın Viranşehir mahalının Çiftekuyu rayonundakı pambıqtəmizləmə fabrikində naməlum səbəbdən yanğın baş verib.Yanğının baş verdiyini görənlər vəziyyəti yanğınsöndürmə briqadasına çatdırıblar.

7 texnika və 20 canlı qüvvə ilə hadisə yerinə gedən qruplar yanğını söndürməyə müvəffəq olub.

Maddi ziyana səbəb olan yanğının səbəbinin araşdırıldığı öyrənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə