Bunu “faciəli hadisə” adlandırdı

Bunu “faciəli hadisə” adlandırdı

İsrailin baş naziri Binyamin Netanyahu fələstinlilərin məskunlaşdığı çadır düşərgəsinin yaxınlığındakı hava hücumunu “faciəli hadisə” adlandırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, siyasətçinin sözlərinə görə HƏMASA-a təzyiq etmək lazımdır. İsrail bu təzyiqi edir.

Siyasətçi bildirib ki, Rəfəhdə bir milyon qeyri-döyüş sakinini təxliyə etdik və bütün səylərə baxmayaraq, dünən faciəli hadisə baş verdi: "Araşdırıb nəticə çıxarırıq. Bizim üçün döyüşlərdə iştirak etməyən hər qurban faciədir, HƏMAS üçün bu, strategiyadır”.

Mayın 26-da Fələstin Qızıl Aypara Cəmiyyəti İsrail Hərbi Hava Qüvvələrinin Rəfahdakı köçkün düşərgəsinə endirdiyi zərbədən sonra çoxlu itki və yaralıların olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə