Alzheimer xəstəliyinə qarşı nar

Ən məşhur meyvələrdən biri olan narın Alzheimer xəstəliyinin qarşısının alınması və müalicəsinin açarı ola biləcəyi bildirilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Danimarkanın Kopenhagen Universiteti tərəfindən aparılan araşdırma narın Alzheimer xəstəliyi ilə mübarizədə təbiətin bir hədiyyəsi olduğunu vurğulayır.

Araşdırmada zəngin qidalanma profili və antioksidant xüsusiyyətləri ilə tanınan narın "urolitin A" mənbəyi olduğu müəyyən edilib. Bu birləşmənin yaddaşı yaxşılaşdırmaqda və Alzheimer simptomlarını aradan qaldırmaqda təsir etdiyi bildirilib. Professor “Bizim tədqiqat göstərir ki, urolitin A yaddaşı qoruyur" - deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə