Geni dəyişdirilmiş ağcaqanad dişləmir

Afrikanın Cibuti ölkəsində malyariya ilə mübarizə üçün minlərlə geni dəyişdirilmiş ağcaqanad təbiətə buraxılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Britaniyanın Oxitec şirkəti tərəfindən hazırlanan dişləməyən erkək "Anopheles stephensi" ağcaqanadları dişi nəslini öldürən gen daşıyır.

Yalnız dişi ağcaqanadlar malyariya və digər viral xəstəlikləri insanlara ötürür. Geni dəyişdirilmiş ağcaqanadlarla cütləşmə nəticəsində doğulan nəsillərdən yalnız erkəkləri sağ qalır. "Biz dişləməyən və xəstəliklər yaymayan ağcaqanadlar ərsəyə gətirdik" deyən Oxitec prezidenti Qrey Frandsen 2019-cu ildən bəri bu üsulla bir milyarddan çox ağcaqanadın buraxıldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə