Şimali Koreya iyunun 3-dək orbitə peyk göndərəcəyini bildirib və Yaponiya Sahil Mühafizə Qüvvələrinə xəbərdarlıq edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Şimali Koreya peyk və onun hissələrini daşıyan raketin Filippinin şərqində Sarı dəniz və Sakit okeana düşmə ehtimalını bildirib.
Həyəcan vəziyyətində olan Yaponiya Sahil Mühafizə Qüvvələri bölgədə üzən gəmiləri diqqətli olmağa çağırıb.
Xatırladaq ki, Şimali Koreya 2023-cü ilin noyabr ayında elan etmişdi ki, onun casus peyki “Malliqyong-1” həmin ilin may və avqust aylarında iki uğursuz buraxılış cəhdindən sonra orbitə çıxmağa müvəffəq olub.
Rəsmi Pxenyan 2024-cü ildə orbitə yeni peyklər göndərmək niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB