...Moskva vilayəti üzərində səmada pilotsuz təyyarə vurulub. Dağıntılar yaşayış binasının üzərinə düşüb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu vilayət qubernatoru Andrey Vorobyov deyib.
Qeyd edək ki, fövqəladə hadisə Balaşixa şəhər rayonunun Kuçino mikrorayonunda baş verib.
Moskva vilayətinin başçısı qeyd edib ki, təyyarənin dağıntıları yaşayış binasının üzərinə düşüb.
Xoşbəxtlikdən insanlar təxliyyə oluna bilib, xəsarət alan olmayıb.
Vorobyov binanın bərpasına kömək edəcəyinə söz verib.
Bu arada Rusiya Federasiyasının Müdafiə Nazirliyi Moskva vilayəti üzərində kiçik bir şarın məhv edildiyini də açıqlayıb. Təhlükəsizlik qüvvələri başqa təfərrüatları hələlik açıqlamayıblar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB