“Avropa ölkələri Rusiyaya və onun xalqına qarşı müharibə aparmır...”
...Avropa Rusiyaya və onun xalqına qarşı müharibə aparmır. SİA-nın əldə etdiyi məlumata görə, bunu Fransa prezidenti Emmanuel Makron Drezdendə Avropa Gününün qeyd edildiyi mərasimdə deyib.
Fransa liderinin çıxışı X sosial şəbəkəsində (keçmiş Twitter) Yelisey sarayı hesabında yayımlanıb.
Bununla yanaşı, Makron Avrop İttifaqı ölkələrinin Ukraynaya ehtiyac olduğu müddətcə yardımı davam etdirəcəyini vurğulayıb.
Fransa prezidentinin sözlərinə görə, avropalılar da qarşıdurmanın sülh yolu ilə həllində israrlıdırlar.
Qeyd edək ki, Makron bunu “Ukraynalıların özlərinin seçəcəyi dünya” adlandırıb.
Yeri gəlmişkən, bu gün Emmanuel Makron Almaniyaya dövlət səfərinə gəlib. Onu da qeyd edək ki, bu, 24 ildə ilk dəfə baş verir.
...Fransa prezidenti almaniyalı həmkarı Frank-Valter Ştaynmayer və kansler Olaf Şolzla görüşməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB