Ukrayna ordusunda şəxsi heyətinin orta yaşı artmaqda davam edir...

Hazırda Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin orta yaşı 43-45 yaş arasındadır...
Ukrayna ordusunda şəxsi heyətinin orta yaşı artmaqda davam edir...

...Münaqişənin başlanğıcında bir çox yaşlı ukraynalı könüllü olaraq orduya yollanaraq Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub. Lakin Bloomberg-in qeyd etdiyi kimi, Ukraynanın yaşlı vətəndaşlarının gənc həmvətənləri ilə müqayisədə həvəsi ölkə ordusu üçün zəifliyə çevrilib.

SİA-nın əldə etdiyi məlumata görə, adının açıqlanmasını istəməyən yüksək rütbəli Ukrayna hərbi rəsmisi xəbər agentliyinə bildirib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin orta yaşı 43-45 yaş arasındadır.

…Eyni zamanda, ekspertlər vəziyyətin getdikcə pisləşdiyini deyirlər. Çünki ukraynalı gənclər döyüşmək istəmirlər.

Məsələ bundadır ki, bu gün cəbhədəki yaşlı ukraynalıların əksəriyyəti sağlamlıq problemlərindən əziyyət çəkirlər. Belə ki, onların çoxu eşitmə, görmə və ürək problemlərindən şikayətlənir.

O da etiraf edilməlidir ki, hazırda ukraynalıların cəbhə xəttində tibbi xidmətə çıxışları məhduddur.

…Ordunun sıralarının artırılması Ukrayna üçün ciddi problem yaradır. Cəbhədə ukraynalılar üçün çətin vəziyyətin fonunda Vladimir Zelenski yüksək səslə ölkənin silaha ehtiyacı olduğunu bəyan edib və bu yaxınlarda etdiyi çağırışlara görə ABŞ-dan yardım paketi ilə mükafatlandırılıb..?

Bununla belə, o, ölkənin silahlı qüvvələrinin canlı qüvvəsinə olan tələbatının həssas məsələsində daha təmkinlidir.

İndi hərbi xidmətə çağırış yaşını aşağı salan səfərbərlik qanununun imzalanmasına baxmayaraq, ordunun sayı ilə bağlı problem qalmaqdadır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə