Latviya nazirliklərinin rəhbərləri axtarışa verilib

Latviya nazirliklərinin rəhbərləri axtarışa verilib

Latviyanın Daxili İşlər, Təhsil və Elm nazirliklərinin rəhbərləri Rihards Kozlovskis və Anda Çaksa Rusiyada axtarışa verilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Daxili İşlər Nazirliyinin bazası sübut edir.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Vladimir Qorbatyuk və Ukrayna ordusunun maddi-texniki təminat qüvvələrinin keçmiş komandanı Oleq Vişnevski axtarışa verilmişdi.

Yeri gəlmişkən, Rusiya Daxili İşlər Nazirliyi Vladimir Zelenskinin ofis rəhbərinin müavini Roman Maşovets də axtarışa verilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə