Polşa dördillik “Şərq qalxanı” layihəsi çərçivəsində Rusiya və Belarusla sərhədini möhkəmləndirəcək, bunu müdafiə naziri Vladislav Kosiniyak-Kamış təqdim edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RMF xəbər verir.
Beləliklə, polşalı nazir, planı 1945-ci ildən bəri Polşanın şərq sərhədinin və NATO-nun şərq cinahının möhkəmləndirilməsi üzrə ən böyük layihə adlandırıb.
Qeyd edək ki, bu layihə Baltikyanı ölkələrlə birgə yaradılacaq və düşmən qoşunlarının irəliləməsini ləngitməyə, öz ordusunun hərəkətini asanlaşdırmağa eləcə də mülki əhalinin müdafiəsinə kömək edəcək.
Bundan əlavə, atış mövqeləri və logistika qovşaqları sərhəddən 100 km məsafədə yayılacaq.
Layihə çərçivəsində istehkamlar, müxtəlif növ maneələr, həmçinin “hər parametr, istənilən yüksəklikdə hava məkanının ən müasir monitorinq sistemləri” qurulacaq. Hərbçilər həmçinin ərazini mina sahələri yaratmaq üçün hazırlayacaqlar.
Polşa Ordusunun Baş Qərargah rəisi general Veslav Kukula, minaların yalnız müharibənin qaçılmazlığına əmin olduqdan sonra yerləşdiriləcəyini bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB