Aleksandr Sırski təsdiqlədi, fransızlar artıq Ukraynadadırlar..?

Aleksandr Sırski təsdiqlədi, fransızlar artıq Ukraynadadırlar..?

...Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı fransalı təlimatçıların ölkədə işləməsini təsdiqləyib.

Fransız hərbi təlimatçılar Ukraynadakı təlim mərkəzlərinə qanuni şəkildə baş çəkə biləcəklər.

Müvafiq sənədləri Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.

Qeyd olunur ki, bu qərar Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornu ilə aparılan danışıqlardan sonra verilib. Dialoq onlayn olub. Sirski bildirib ki, o, digər Qərb ölkələrinin də Paris təşəbbüsünə qoşulmasını gözləyir.

Bunlar baş komandanın “Kiyevin tərəfdaşları” adlandırdığı şəxslərdir.

Xatırladaq ki, bir müddət əvvəl Fransa rəhbəri Emmanuel Makron Fransa əsgərlərinin Ukraynaya göndərilməsi imkanını istisna etmədiyini bildirmişdi.

Vladimir Zelenski bunu arzuladığını, lakin özü də “Qərb tərəfdaşlarından” soruşmağa cəsarət etmədiyini bildirərək cavab vermişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə