Türkiyə rəqəmsal köçəri vizalarına start verir

Türkiyə rəqəmsal köçəri vizalarına start verir

Türkiyə rəqəmsal köçəri vizalarını işə salır. Onlar 21-55 yaş arası ayda 3000 dollar və ya ildə 36 min dollar qazanan insanları köçəri kimi görmək istəyirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Dzik Pic” teleqram kanalı yazır.

Qeyd edək ki, Türkiyə rəqəmsal köçəri vizasını əldə etmək üçün ərizəçi portalda qeydiyyatdan keçməli, iş, gəlir və təhsil haqqında sənədlərini yükləməlidir.

Bu kifayət edərsə, ərizəçiyə rəqəmsal köçəri şəxsiyyət sertifikatı verilir. Bununla viza mərkəzinə və ya Türkiyə konsulluğuna viza üçün müraciət edə bilərsiniz. Və ya, əgər siz artıq Türkiyədəsinizsə, yaşayış icazəsi üçün onlayn müraciət edin...

Onu da qeyd edək ki, hökumət həmçinin startaplar və istedadlar üçün xüsusi texniki viza (Turkiye Tech Visa) yaratmağı planlaşdırır. Bununla bağlı artıq ərizə buraxa biləcəyiniz xüsusi portal istifadəyə verilib. Amma dəqiq tələblər hələ ki aydın deyil.

Məlum olan odur ki, bu viza üç illik iş icazəsi, bir ailə üçün yaşayış icazəsi almaq üçün sadələşdirilmiş prosedur və müəyyən vergilərdən azad olunma vəd edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə