İspaniyanın baş naziri də NATO-nun Rusiyanı vurmağının əleyhinədir...
Bu arada İspaniya hökumətinin başçısı Pedro Sançes Ukraynanın Rusiya ərazisinə hücum etmək üçün NATO silahlarından mümkün istifadəsinə qarşı çıxış edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, mətbuat konfransında siyasətçidən İspaniyanın Rusiya ərazisinə hücumlar üçün Qərb silahlarından istifadəni dəstəkləyib-dəstəkləməyəcəyi soruşulub.
...Bizim bu iradəmiz, bu niyyətimiz yoxdur və məndə qətiliklə bu barədə məlumat yoxdur.
Pedro Sançes deyib bunu.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz da bundan əvvəl Kiyevə alman silahları ilə Rusiya ərazisinə zərbə endirmək imkanının verilməsinin əleyhinə olduğunu vurğulamışdı.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna silahlı qüvvələrinin Rusiyaya Qərb silahları ilə zərbə endirməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması zərurətini bəyan edib.
Kremldə qeyd edildiyi kimi, Stoltenberqin çağırışı eskalasiyanı artıran rəsmi bəyanatdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB