...Macarıstanın xarici işlər naziri əmindir ki, avropalı gənclər döyüş meydanında ukraynalıları əvəz edəcək..?
Bu arada Avropa İttifaqı gəncləri Ukraynaya göndərmək üçün orduya məcburi çağırışı qaytarmaq istəyir.
Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa İttifaqı ölkələrinin xarici işlər orqanları rəhbərlərinin görüşündən sonra deyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, rəsmi Ukraynada itkilərin artdığı xatırlanıb.
Siyartonun fikrincə, Avropa İttifaqı eskalasiyanın Ukraynaya qonşu olan ölkələrə də təsir edə biləcəyinə inanır. Və buna görə də ümumavropa çağırışının qaytarılması ilə bağlı müzakirələr yaranıb.
Və ilk növbədə Mərkəzi Avropadan olan gənclər silah altına alınacaq. O cümlədən Macarıstandan.
Eyni zamanda, Siyarto ölkəsinin öz vətəndaşlarının cəbhə xəttinə göndərilməsinə icazə verməyəcəyini vurğulayıb.
O, Avropa İttifaqı ölkələrindən olan həmkarlarını bu mövzunu müzakirə etməyi dayandırmağa çağırıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB