Ruslara işləyən alman zabiti həbs edilib...

Ruslara işləyən alman zabiti həbs edilib...

...Şimali Reyn-Vestfaliya federal əyalətinin Hamm şəhərinin (Almaniya) Ali Regional Məhkəməsi Bundesver zabiti Tomas H.-ni Rusiya xeyrinə casusluq ittihamı ilə 3,5 il müddətinə azadlıqdan məhrum edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bild nəşri yazıb.

54 yaşlı kişi Avadanlıq, İnformasiya Texnologiyaları və Texniki Dəstək Federal İdarəsinin əməkdaşı olub. O, silah və texniki materialların alınması ilə məşğul olub, həmçinin müdafiə texnologiyalarını sınaqdan keçirib.

Müttəhimin sözlərinə görə, 2023-cü ilin may ayından etibarən o, Rusiya Federasiyasının diplomatik rəsmiləri ilə bir neçə dəfə əlaqə saxlayıb, onlara bəzi məxfi məlumatları çatdırıb.

Tomas H. Ukraynadakı münaqişənin “nüvə eskalasiyasından” qorxduğunu bildirib.

Yeri gəlmişkən, Almaniya Baş Prokurorluğunun Almaniya vətəndaşı Tomas H.-yə qarşı ittiham irəli sürməsi hələ mart ayında məlum olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ölkənin silahlı qüvvələrində işləyən şəxs xidməti sirləri pozaraq, silah, informasiya texnologiyaları və onlardan istifadə üsulları haqqında məxfi məlumatları Rusiyaya ötürüb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə