Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriyanın paytaxtı Dəməşqə səfir təyin edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, SPA agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı Feysəl bin Səud əl-Mikfili Dəməşqə səfir olaraq təyin edib.
Beləliklə, Feysəl bin Səud əl-Mikfil 12 illik fasilədən sonra Suriyaya təyin olunan ilk səfir olub.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan təxminən bir il sonra Dəməşqdəki səfirliyini bağlamışdı.
Dəməşq rəhbərliyi 2023-cü il mayın 7-də Ərəb Liqasına qayıtmaq qərarına gəldikdən sonra Səudiyyə Ərəbistanı və Suriya diplomatik əlaqələrinin 9 may 2023-cü ildə bərpa olunduğunu açıqlayıb.
Suriya rəhbərliyi də 11 ildən sonra 2023-cü il dekabrın 6-da Səudiyyə Ərəbistanına səfir təyin etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB