Putinin sarayı Ukrayna pilotsuz təyyarələrinin hədəfinə çevrilə bilər
...Krasnodar diyarının qubernatoru Telegram-da dünən gecə Ukrayna pilotsuz təyyarələrinin Gelendjik ərazisində “mülki obyektlərə” hücum etdiyini bildirib.
SİA “Exo”-ya istinadən xəbər verir ki, pilotsuz təyyarələr prezident Vladimir Putinin İdokopas burnunda yerləşən iqamətgahının yanında yerləşən Djanxot və Kolodets şəhərlərinə düşüb.
QubernatorVeniamin Kondratyevin sözlərinə görə, Ukraynaya məxsus bütün pilotsuz təyyarələrin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu iddia edilir.
O, əlavə edib ki, Krinitsa kəndində dronlardan birinin dağıntıları yarımçıq evə ziyan vurub, Djanxot kəndində isə dron ağaclara çırpılıb.
Qeyd edək ki, onlayn xəritəyə əsasən, Putinin iqamətgahı partlayış yerinə çox yaxındır.
Yeri gəlmişkən, dronların Putinin sarayı yaxınlığından uçduğu birinci dəfə deyil.
Qeyd edək ki, mayın 17-nə keçən gecə Ukraynaya məxsus pilotsuz təyyarələrin Rusiyanın Krasnodar diyarındakı enerji obyektlərinə qarşı kütləvi hücumu zamanı Rusiya prezidentinin Qara dəniz sahilində yerləşən iqamətgahı yaxınlığından uçmuşdu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB