İspaniya Ukraynaya patriot raketləri və "Leopard" tankları göndərəcək

İspaniya Ukraynaya patriot raketləri və "Leopard" tankları göndərəcək

İspaniya keçən ay elan etdiyi 1,13 milyard avroluq silah paketinin bir hissəsi olaraq Ukraynaya patriot raketləri və "Leopard" tankları göndərməyi planlaşdırır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya Ukraynaya 12 ədəd patriot zenit-raket kompleksi, 19 ədəd Almaniya istehsalı olan "Leopard 2A4" tankı və ispan istehsalı olan digər silahları, o cümlədən pilotsuz uçuş aparatları və döyüş sursatlarını tədarük edəcək.

“El Pais” qəzeti bildirib ki, yeni silah tədarükü öhdəliyi Ukrayna prezidenti Vladimir Zelenskinin bazar ertəsi Madridə rəsmi səfəri zamanı elan olunacaq və o, baş nazir Pedro Sançes və Kral Felipe ilə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə