ABŞ-ın Texas, Oklahoma, Arkanzas və Kentukki ştatlarını təsir edən qasırğada həyatını itirənlərin sayı 18-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Texas qubernatoru Greg Abbott verdiyi açıqlamada sürəti saatda təxminən 217 kilometrə çatan fırtına nəticəsində təxminən 100 nəfərin yaralandığını və 200-dən çox strukturun zədələndiyini bildirib.
Səlahiyyətlilər fırtınada həyatını itirənlərin sayının Arkanzasda 8, Texasda 7, Oklahomada 2 və Kentukkidə bir nəfərin ölümü ilə 18 nəfərə yüksəldiyini açıqlayıb. Ölənlərin sayının artacağını gözləmədiklərini və Texasda heç kimin itkin olmadığını ifadə edən Qubernator Abbott, hər ehtimala qarşı xilasetmə qrupların bir daha axtarış apardığını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB