Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi, İsrail ordusunun köçkün fələstinlilərin qaldığı düşərgəyə hücumu nəticəsində ölən və yaralananları yerləşdirmək üçün Rəfah şəhərində xəstəxananın olmadığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamada bildirilib: "Rəfah şəhərində bu sayda ölü və yaralı qəbul edə biləcək xəstəxana olmadığı üçün təcili yardım qrupları ölü və yaralıları daşımaqda çətinlik çəkir".
Fövqəladə Rəfah Komitəsindən verilən açıqlamada ABŞ başda olmaqla beynəlxalq ictimaiyyətin İsrailə qarşı çəkindirici tədbirlər görə bilmədiyi və Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının yerinə yetirilmədiyi vurğulanıb və bu vəziyyət İsrailə yaşıl işıq yandırıb.
Bəyanatda Beynəlxalq Məhkəmənin qərarlarına əməl etmək üçün İsrailə təzyiq göstərilməsinə çağırılıb və "hər gecikmənin fələstinlilər üçün daha çox ölümlə nəticələndiyi" ifadə edilib. İsrailin Qəzza zolağının Rəfah şəhərində məcburi köçkün fələstinlilərin çadırlarına hücumu, Beynəlxalq Ədalət Məhkəməsinin hücumların dayandırılmasına qərar verdiyi və hücumda ən az 40 fələstinlinin həyatını itirdiyi açıqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB