Çexiya millisi son 14 ildə ilk dəfə xokkey üzrə dünya çempionu olub

Çexiya millisi son 14 ildə ilk dəfə xokkey üzrə dünya çempionu olub

Xokkey üzrə dünya çempionatının final oyununda Çexiya yığması İsveçrə yığmasını 2:0 hesabı ilə məğlub edib.

SİA xəbər verir ki, Praqada baş tutan görüşdə qolları David Pastrnak (50-ci dəqiqə) və David Kampf (60-cı dəqiqə) vurub.

Bununla Çexiya millisi 2010-cu ildən bəri ilk dəfə dünya çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə