...Rusiya artilleriya sursatını Ukraynanın Qərb müttəfiqlərindən üç dəfə tez istehsal edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Sky News” yazır.
Beləliklə, 2024-cü ildə Rusiya Federasiyasının təxminən 4,5 milyon mərmi istehsal edəcəyi bildirilir, halbuki Avropa və ABŞ ölkələri birlikdə cəmi 1,3 milyon mərmi istehsal edə bilər.
Eyni zamanda, Rusiya istehsalının qiyməti dörd dəfə ucuzdur. Media bunu “Bain & Company”konsaltinq şirkətinin məlumatlarına istinadən iddia edir.
Daha əvvəl CNN xəbər vermişdi ki, Rusiya ayda təxminən 250 min və ya ildə 3 milyon, Avropa ölkələri və ABŞ isə ildə 1,2 milyon sursat istehsal edir.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba əvvəllər etiraf edib ki, Rusiya Federasiyası silah istehsalında bütün Qərbdən daha effektivdir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB