Yaxşı dərs aldıq,.. bir daha belə olmayacaq..?

Yaxşı dərs aldıq,.. bir daha belə olmayacaq..?

...“Boeing” və “Airbus” təyyarə istehsalçılarının Rusiyanı tərk etməsi ölkə üçün “yaxşı dərs” oldu, lakin Rusiya hakimiyyəti bunun təkrarlanmasına imkan verməyəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu baş nazirin birinci müavini Denis Manturov jurnalist Pavel Zarubinlə söhbətində deyib.

...Məlum oldu ki, bir gün gedə bilərlər. Yaxşı dərs aldıq, bizə öyrətdilər, bir daha belə olmayacaq.

Manturov söz verib. O, həmçinin əlavə edib ki, aviasiya iki ildən artıqdır ki, sanksiyalar altında mövcud olsa da, ölkə hələ də Qərb təyyarələrinə “vaxtında və tələblərə uyğun” xidmət göstərir.

Bundan əvvəl Nəqliyyat Nazirliyi bəyan etmişdi ki, sanksiyalara görə Rusiya Federasiyası 76 sərnişin təyyarəsini itirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə