...Rusiya daşqına görə Ermənistan xalqına səmimiyyətlə empatiya edir (...yəni halına acıyır-A.B.).
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova diplomatik departamentin saytında ölkənin başına gələn təbii fəlakətlə bağlı vəziyyəti belə şərh edib.
O, bildirib ki, Rusiyanın İrəvandakı səfirliyi və Gümrüdəki baş konsulluğu Ermənistan Xarici İşlər Nazirliyi, Tavuş, Şirak eləcə də Lori vilayətlərinin rəhbərliyi ilə mümkün əlavə yardımın göstərilməsi və Rusiya vətəndaşlarına yardımın müəyyən edilməsi ilə bağlı əlaqə saxlayır.
Zaxarova qeyd edib ki, Moskva bütün qurbanların sağalmasını arzulayır.
Bundan başqa, onun sözlərinə görə, Rusiya-Ermənistan Humanitar Cavab Mərkəzi bazar günü, mayın 26-da Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinə portativ motor nasosları təhvil verib.
Onlar axtarış-xilasetmə və təcili bərpa əməliyyatlarında istifadə olunur.
...Lori və Tavuş bölgələrində daşqının nəticələrinin aradan qaldırılmasında iştirak edən Rusiya-Ermənistan Humanitar Cavab Mərkəzi tərəfindən əvvəllər verilmiş 50 texnika da var.
XİN nümayəndəsi əlavə edib.
Yeri gəlmişkən xatırladaq ki, mayın əvvəllərində Ermənistanın Lori rayonunda Debed çayı məcrasından çıxıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB