Çaya düşən yeniyetmələrdən sonuncunun da cəsədi tapılıb...

Çaya düşən yeniyetmələrdən sonuncunun da cəsədi tapılıb...

Xilasedicilər Leninqrad vilayətində avtomobillə Roşçinka çayına düşən beş oğlandan sonuncunun cəsədini tapıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə 78.ru məlumat yayıb.

KİV-in məlumatına görə, onlar iki həftə yeniyetməni axtarıblar.

Qəzadan sağ çıxan yeniyetmələr onun oturduğu tərəfdəki qapının açıq olduğunu bildirdiyi üçün yaxınları oğlanın maşından düşə bildiyinə ümid edirdilər.

Xatırladaq ki, fövqəladə hal mayın 12-də baş verib. Belə ki, yeniyetmələr 15 yaşlı sürücünün idarə etdiyi avtomobildə oublar. Və birdən yol polisindən gizlənməyə çalışan yeniyetmə idarəetməni itirib və avtomobil çaya düşüb.

İki yeniyetmə çölə çıxa bilib. Onlardan birinin 17 yaşı var, sol çiyin oynağının zədələnməsi və çoxlu sıyrıqları var, ikincisinin 14 yaşı var, sol bud nahiyəsinin qapalı sınığı və sıyrıqlar alıb.

Daha üç nəfər isə boğularaq ölüblər. Onlardan ikisinin cəsədi dərhal tapılsa da, sonuncu oğlanın axtarışı iki həftə çəkib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə