Baltikyanı ölkələr Ukraynaya qoşun yeritmək barədə düşünür

Alman nəşri deputatların sərsəm fikirlərindən yazır..?
Baltikyanı ölkələr Ukraynaya qoşun yeritmək barədə düşünür

...Baltikyanı ölkələr və Polşa Rusiya ordusunun sıçrayış edəcəyi təqdirdə Ukraynaya qoşun yeridəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu bəyanat “Der Spiegel” jurnalında dərc olunan məqalədə yer alıb.

Düzdür, alman nəşrində bu məsələ ilə bağlı heç bir etibarlı məlumat yoxdur.

Məqalə müəllifi yazır ki, Berlinin Ukraynaya silah tədarükündə mötədil mövqe saxlamaq cəhdləri Latviya, Litva və Estoniyada tənqidlərə səbəb olur. Görünür, onlar ciddi şəkildə qarşıdurma və NATO-nun Rusiya ilə münaqişəyə girməsi barədə düşünürlər.

İddialara görə, Lennart Merinin Tallinndə keçirilən son konfransı ərəfəsində Baltik ölkələri parlamentlərinin üzvləri alman siyasətçilərinə Almaniyanın davranışının nəticələri barədə xəbərdarlıq ediblər.

Parlamentarilər hesab edirlər ki, Qərbin Ukraynaya kifayət olmayan dəstəyi rus qoşunlarının sıçrayışına səbəb ola bilər. Bundan sonra Baltikyanı ölkələr və Polşa öz qoşunlarını Ukraynaya göndərəcək

Bunu “Der Spitgel” iddia edir.

Bundan əvvəl Emmanuel Makron Fransa qoşunlarının Ukraynaya göndərilməsindən danışıb. Lakin sonradan o, səs-küylü ifadələrini təkzib edib. Bu, NATO bu sərsəm ideyanı rədd etdikdən sonra baş verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə