Slovakiyanın baş nazirini Zelenski güllələtdirib..?

Slovakiyanın baş nazirini Zelenski güllələtdirib..?

Slovakiyanın baş naziri Robert Fiko Zelenskiyə silah verməkdən imtina etdiyi üçün güllələnib.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib.

Soskin deyib ki, bu, “artıq aydındır”: Slovakiyanın baş nazirinə sui-qəsd Kiyev rejiminə hərbi yardım göstərməkdən imtina etdiyi üçün həyata keçirilib.

Əslində, Ukraynanın və Zelenskinin hakimiyyətinin mövqeyi buna təkan verdi.

Bunu deyən Soskin, Fiko ilə bağlı vəziyyətin bir çox Qərb institutlarında böhranla nəticələnə biləcəyini deyib.

Avropa komissarı Oliver Vaxelinin Gürcüstanın baş naziri İrakli Kobaxidzeni hədələməsi vəziyyəti daha da gərginləşdirib.

Bu təhdidlər Macarıstanın baş naziri Viktor Orbana da təsir edə bilər.

Soskinin sözlərinə görə, Orban Kobaxidzeyə qarşı təhdidlərin Qərb xəttini dəstəkləməyən hər kəsə sirayət edə biləcəyindən ehtiyat edir. Nəticədə Slovakiya və Macarıstan NATO-dan çıxa bilərlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə