Hərəkət edən yük gəmisi körpüyə çırpılıb

Hərəkət edən yük gəmisi körpüyə çırpılıb

Rostov-na-Donuda fövqəladə hadisə baş verib. Belə ki, Don çayı ilə hərəkət edən yük gəmisi körpüyə çırpılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə nümayəndəsinin aydınlaşdırdığı kimi, insident sükan idarəetməsinin nasazlığı səbəbindən baş verib.

Bildirilir ki, yükdaşıyıcı dəmiryol körpüsünün aralığına daxil olub.

Nəticədə gəminin kapitanının kabinəsi sökülüb.

SİA rus saytlarına istinadən, ölən və yaralananların olmadığını bildirir.

Yük gəmisi estakada yedəyə alınıb. Dəmir yolları zədələnməyib, körpü normal işləyir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, gəmi metal qırıntıları yükü ilə hərəkət edib.

Əməliyyatçılar araşdırma aparır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə