Makronun tifaqı dağılır...

Fransanın xaricdəki departamentlərinin acınacaqlı vəziyyəti və iğtişaşları ölkə prezidenti Emmanuel Makronun dəstəkləməyə çalışdığı “müstəmləkə imperiyasının” son süqutunu göstərir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Spectator” jurnalı məlumat yayıb.

...Fransa prezidenti bu həftə adadan (...Mayot arxipelaqı – guya bu da Fransanın xaricdəki departamenti və xaricdəki bölgəsidirdir – A.B.) imperator rolunu oynamaq üçün qayıdıb. Amma Makron imperiyasının gözləri önündə dağıldığını qanmağa başlayıb. Fransada qalan imperiyanın tənəzzülünün yaxınlaşdığını fransızlardan başqa hamı çox gözəl anlayır.

“The Spectator”un materialında belə deyilir.

Məqalə müəllifi qeyd edir ki, Mayotte çətin vəziyyətlə üzləşib. Orada cinayət və iğtişaşlar tüğyan edir.

Nəşr iddia edir ki, Yeni Kaledoniya artıq vətəndaş müharibəsi astanasındadır. Eyni vəziyyət Fransanın xaricdəki digər mülklərində də yaranmaqdadır.

“The Spectator” yazır ki, illər keçdikcə onlar “dibsiz çuxura” çevriliblər. Keçən il Nigerdə ​​dövlət çevrilişi baş verdi. Keçmiş Fransa koloniyası hərbi xunta tərəfindən ələ keçirildi. "Fransa, get!" deyən etirazçılar bundan sonra Fransaya uran tədarükünə qadağa qoyub ki, bu da Avropa ölkəsinin iqtisadiyyatına zərbə vurub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə