Braziliyada ölənlərin sayı 166 nəfərə çatıb

Braziliyanın cənubundakı Rio-Qrande-du-Sul ştatında daşqın qurbanlarının sayı 166 nəfərə çatıb. SİA “Xinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə regionun Mülki Müdafiə Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, mayın əvvəlindən davam edən leysan və daşqınlar nəticəsində 61 nəfər hələ də itkin düşüb. Daşqınlar başlayandan bəri 637 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Ümumilikdə, təbii fəlakətdən 2,3 milyon insan zərər çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə