Ukraynanın Xarkov şəhərinə hücum olub - ölənlər və yaralananlar var

Ukraynanın Xarkov şəhərinin əsasən Şevçenkovski və digər rayonlarına dünən növbəti dəfə ardıcıl hava hücumları olub. SİA xəbər verir ki, zərbələrin bir neçəsi şəhərdəki böyük ticarət mərkəzinə və ona bitişik supermarketə dəyib. Günorta saatlarında başlayan hücumlar axşama qədər davam edib. Vilayət administrasiyasından bildirilib ki, gün ərzində 60-a yaxın insan yaralanıb. Ümumilikdə ölənlərin sayı yeddi nəfərdir.

"Dağıntılar altında axtarış və xilasetmə işləri gedir, ölənlərin və yaralanların sayının artma ehtimalı yüksəkdir. Çünki hava hücumu zamanı təkcə ticarət mərkəzində təxminən 200-ə qədər adam olub", - məlumatda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə