İstanbulda GÜCLÜ PARTLAYIŞ

Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunda naməlum şəxslər ofislərdən birinə partlayıcı atıblar və nəticədə partlayış baş verib. SİA xəbər verir ki, bu barədə yerli “Milliyet” qəzeti məlumat yayıb.

İlkin məlumata görə, naməlum maskalı şəxslər motosikletlə hadisə yerinə gəlib, daha sonra ofisin ərazisinə bir neçə dəfə partlayıcı atıb və tələsik geri çəkiliblər. Partlayışdan sonra ofisdə yanğın başlayıb və binaya böyük ziyan dəyib.

"Hadisə yerində yanğınsöndürənlər, həkimlər və xilasedicilər işləyir", - məlumatda deyilir.

Nəşrin məlumatına görə, polis hücumu törədən şəxslərin tutulması üçün genişmiqyaslı araşdırmalara başlayıb. İndi oxşar hadisələrin təkrarlanmaması üçün bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə