Hindistanda yanğın nəticəsində 27 nəfər ölüb - FOTOLAR

Hindistanın qərbindəki Qucarat ştatında oyun meydançasında baş verən yanğın nəticəsində 27 nəfər ölüb. SİA-nın məlumatına görə, bu barədə NDTV kanalı xəbər yayıb.

Son məlumatlara görə, axtarış-xilasetmə əməliyyatı davam edir və yanğında ölən 27 nəfər arasında azı 9 uşaq da var.

Yanğın Rajkot şəhərindəki əyləncə parkında yerli sakinlər arasında məşhur olan oyun meydançasında baş verib. Hadisənin səbəbi hələ məlum deyil. Qucarat polisinin verdiyi məlumata görə, oyun meydançasının sahibləri saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə