Miqrant məktəbli qızı sürüyərək maşınına mindirib və...

…Moskva vilayətində Çin istehsalı olan avtomobilin sürücüsü maşında 13 yaşlı məktəbli qıza təcavüz edib.

SİA “Moskovskiy komsomolets”in Shot Telegram kanalına istinadən xəbər verir ki, hadisə ötən cümə günü günortadan sonra, mayın 24-də Mıtişçi yaxınlığındakı kənddə, 6-cı sinif şagirdi evini tərk edərkən baş verib.

Belə ki, sürücü qara rəngli “Kaiyi e5” sedanının yanından keçən qıza səslənib, daha sonra onun əlindən tutub maşına sürükləyib və zorlayıb.

Məktəbli qız göz yaşları içində evə qaçaraq baş verənləri anasına danışıb.

Qadın polisə müraciət edib və şübhəli şəxs qısa müddətdə saxlanılıb.

İstintaq Komitəsi saxlanılan şəxsin 37 yaşlı xarici ölkə vətəndaşı olduğunu bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə