ABŞ Rusiyadan izahat tələb edir…

…ABŞ Rusiyadan Baltik dənizində Litva və Finlandiya ilə sərhədlərin “dəyişməsi” ilə bağlı izahat verməsini tələb edir. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller Twitter (X) səhifəsində məlumat verib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın Baltikyanı ölkələrlə sərhəddəki hərəkətləri və təxribatları ilə bağlı NATO və Avropa İttifaqı tərəfdaşları ilə həmrəydir.

...Və ABŞ Dövlət Departamenti Moskvadan onun “sifarişi” ilə bağlı izahat tələb edir.

...Rusiya indi NATO/ Avropa İttifaqı sərhədlərində çaşqınlıq səpməkdədir. Biz son təxribatlar qarşısında Baltik və Baltik dənizi ölkələrindəki müttəfiqlərimizlə həmrəyik və Rusiyanı öz hərəkətlərini izah etməyə çağırırıq.

Bunu bildirən Miller, həmçinin əlavə edib ki, ABŞ müttəfiqləri ilə vəziyyəti diqqətlə izləyir.

Xatırladaq ki, mayın 21-də Rusiya hökumətinin saytında Baltik dənizində Litva və Finlandiya ilə sərhədin guya birtərəfli qaydada dəyişdirilməsi ilə bağlı “sərəncam” dərc olunmuşdu.

Dəyişikliklər Rusiya Müdafiə Nazirliyi tərəfindən təklif edilib. Amma ictimaiyyətə açıqlanandan sonra sənəd saytdan yoxa çıxıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə