“Bizə hava hücumundan müdafiə verin, insanları xilas edin!”

Rusiyanın Xarkovda vurduğu tikinti hipermarketində 200-dən çox insan ola bilərdi.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Telegram-da bildirib.

…Rusiya şənbə günü, günün ortasında bizim Xarkova - tikinti hipermarketinə daha bir vəhşi zərbə endirib. Hazırda hipermarketdə 200-dən çox adam ola biləcəyi məlumdur.

Bunu yazan Ukrayna prezidenti tərəfdaşlarını Ukraynanı hava hücumundan müdafiə sistemləri və müasir aviasiya ilə təmin etməyə çağırıb.

…Ukraynanın kifayət qədər hava hücumundan müdafiə sistemləri və müasir döyüş təyyarələri olsaydı, Rusiyanın bu cür hücumları sadəcə olaraq qeyri-mümkün olardı. Ona görə də biz bütün liderlərə, bütün dövlətlərə müraciət edirik: bizə hava hücumundan müdafiəni əhəmiyyətli dərəcədə gücləndirmək və rus terrorçularını məhv etmək üçün kifayət qədər imkan lazımdır.

Bunu da Ukrayna prezidenti bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə