İran prezidentinin ölümünə sanksiyalar səbəb olub..?

İran əhlinin hamısı mömindir və onlar Allahın günahkarları cəzalandıracağına inanırlar..?

...Bu günlərdə İran prezidentinin ölümünü şərh edn o, Belarus prezidenti Aleksandr Lukaşenko “əsil günahkarı” tapıb.

Belə ki, o, İran prezidentinin helikopter qəzasını Qərbin sanksiyaları ilə bağlayıb.

Lukaşenkoya görə, çünki bu helikopterin xidmət göstərməsi qadağandır.

...Bir insan kimi deyəcəyəm: ABŞ-ın alçaq, iyrənc mövqeyi buna səbəb oldu. Mən ilk növbədə sanksiyaları nəzərdə tuturam. Bu əclafların gəmilərə, təyyarələrə, helikopterlərə və insanları daşıyan başqa şeylərə qarşı sanksiya tətbiq etməyə haqqı yox idi. Onlar mənim fikrimcə, həm Rusiyadakı məhkəmələrə, həm də bizə, məsələn, mənim təyyarəmə qarşı sanksiyalar tətbiq ediblər.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, Lukaşenko bunu Minskdə Vladimir Putinlə görüşdən sonra jurnalistlərə bildirib.

...Bu helikopterin 40 və ya 50 ildir olmasının fərqi yoxdur. Ola bilər ki, 50 il ərzində cəmi üç dəfə uçub və deyəsən, düzgün qulluq edilsəydi, normal olardı, amma sanksiya tətbiq edənlər şirkətlərinə də ona xidmət göstərməyi qadağan ediblər. Ona görə də bu, qəza onların da günahıdır.

Maraqlıdır ki, Lukaşenko, Qərbə “gözdə-qulaqda olub” “cavab” gözləmələrini məsləhət bilib.

Niyə?

Çünki Belarus prezidentinə görə, İran əhlinin hamısı mömindir və onlar Allahın günahkarları cəzalandıracağına inanırlar..?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə