ABŞ sərhədini keçən qeyri-qanuni miqrantlar sənədlərini niyə atırlar..?

Bu gün ABŞ-da çoxları Si Cinpinin Amerikada kiçik ordu yaratmasından narahatdırlar...

...ABŞ-da qanunsuz immiqrantlar arasında hərbi yaşda olan kişilər üstünlük təşkil edir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Fox Business” yazır.

Məsələ bundadır ki, qanunsuz immiqrantlar yeni adlar altında xarici ölkədə yaşamaq üçün sənədlərini ya elə-belə, ya da cırıb atırlar.

...Respublikaçı konqresmen Uorren Devidsonun dediyinə görə, bu gün Ukrayna haqqında çox danışan Bayden administrasiyası, sadəcə olaraq öz sərhədinə nəzarət edə bilmir.

Bir müddət bundan əvvəl “Fox News”un müxbiri qeyri-qanuni immiqrantların atdıqları pasportları toplayan yerli bir vətəndaşla görüşüb.

Onun dediyinə görə, əksər immiqrantlar saxlanılan zaman üzərlərində şəxsiyyət vəsiqəsinin olmasını istəmirlər.

Ona görə də onlar Kaliforniya və Texasda pasportlarını hara gəldi atırlar.

...Onlar pasportlarını sadəcə yerə atırlar ki, buraya gəlib yeni adlar altında yaşaya bilsinlər. Dəhşətdir, mən sizə keçmiş hərbçi kimi deyəcəm. Görürəm sərhədi kim keçir: kişi, kişi, kişi - bunlar hamısı hərbi yaşda olan kişilərdir. Onlar hər zaman bu barədə danışırlar, amma mənim sübutum var, budur!

Bunu deyən Kaliforniya sakini sübut kimi tapdığı pasportları təqdim edir.

Maraqlıdır ki, tapılan pasportların çox hissəsi hərbi yaşda olan çinlilərə məxsusdur.

Və o da maraqlıdır ki, bu gün ABŞ-da çoxları Si Cinpinin Amerikada kiçik ordu yaratmasından narahatdırlar.

Görən, bunu kimsə izləyir?

Bu da yerli amerikalıların sualıdır.

...Konqresmen Uorren Devidson dünən Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxış edərkən katib Blinkendən bu barədə soruşduğunu bildirir.

...O, Ukrayna haqqında danışmağa o qədər vaxt sərf etdi ki, ABŞ-ın Avropada olduğunu düşünərdiniz! Amma mən ondan öz yarımkürəmiz, öz sərhədimiz və Meksikada qalma siyasəti, kartellərlə mübarizə eləcə də kəşfiyyat məlumatlarının toplanması üçün nə edildiyini soruşdum. O, komitənini kəşfiyyat məlumatı topladığına inandırdı.

Bunu deyən konqresmen Devidson, əminliklə, Daxili Təhlükəsizlik Departamentinin düzgün prioritetlərinin olmadığını iddia edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə