Ruslar Belqorod vilayətində “Vampire MLRS” mərmisi vurublar

...Hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində 15 “Vampire MLRS” mərmisini vurub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyi bildirib.

...Moskva vaxtı ilə təxminən 19:00... növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində 15 raketi məhv edib.

Bu, departamentin bəyanatında deyilir.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin bölgədə atəş açması zamanı doqquz yaşlı qızın yaralandığı bildirilirdi. Ukrayna ordusu Qrayvoron şəhər rayonunun bir neçə kəndini atəşə tutub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə