Ukraynalılar Belqorod vilayətində doqquz yaşlı qızı yaralayıblar..?

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətini atəşə tutması zamanı azyaşlı uşaq yaralanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu regionun qubernatoru Vyaçeslav Qladkov bildirib.

Onun sözlərinə görə, bir neçə yaşayış məntəqəsi kamikadze pilotsuz uçan aparatlarla hücuma məruz qalıb.

...Volokonovski rayonunun Borisovka kəndi ilə Plotvyanka kəndi arasındakı yolda dron hərəkətdə olan avtomobilə hücum edib. Partlayış nəticəsində doqquz yaşlı qız xəsarət alıb.

Qladkov bildirib bunu.

Qubernator un dediyinə görə, uşaq sol baldır nahiyəsindən qəlpə yarası alıb, avtomobil isə tamamilə yanıb.

...Daha əvvəl daha bir azyaşlı qurbanla bağlı məlumat yayılmışdı.

Ukrayna ordusu Qrayvoronski şəhər dairəsinin bir neçə kəndini eyni anda atəşə tutub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə