Xarkov yaxınlığında geri çəkilmə əmri verən 28 komandir...

...Xarkov vilayətində mövqelərindən geri çəkildiklərinə görə Ukrayna Silahlı Qüvvələrinin 28 komandir barədə cinayət işi başlanıb.

SİA xəbər verir ki, bu barədə RİA Novosti yazıb.

...Dövlət İstintaq Bürosu Xarkov vilayətinə hücum zamanı 125-ci ayrı-ayrı ərazi briqadasının ehtimal olunan qaçmasını araşdırır.

Söhbət hazırda Rusiya qoşunlarının nəzarətində olan sərhədyanı Streleçye, Krasnoye, Borisovka, Pılnaya və Qatişe qəsəbələrindəki mövqelərdən gedir.

Belə ki, mayın 11-də “xidmətə səhlənkarlıq” maddəsi ilə cinayət işi açılıb.

Bundan əvvəl bildirilmişdi ki, Ukraynanın Zakarpat hərbi komissarlığı ərazi çağırış məntəqəsində baş vermiş vətəndaşın ölümü ilə bağlı araşdırmaya başlayıb.

Səfərbər edilmiş ukraynalının səhhəti kəskin şəkildə pisləşib və tibbi xidmətdən edilən yardım da onu ölümdən xilas etməyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə