23 yaşlı gəncin meyiti Moskva çayından çıxarılıb

Moskvanın mərkəzində gənc oğlan faciəvi şəkildə ölüb. Onun meyiti çayda tapılıb.

Dəhşətli hadisə mayın 25-i şənbə günü səhər Rostov sahili ərazisində yaşanıb.

SİA REN TV-yə istinadən xəbər verir. Onun sözlərinə görə, dünyasını dəyişən şəxs mayın 19-da səhər tezdən yoxa çıxan SMM mütəxəssisi olub.

Qohumları gəncin yoxa çıxması ilə bağlı polisə müraciət edib. Sonradan müəyyən edilib ki, gənc bir müddət Tverskoy bulvarındakı barda olub, sonra isə Novı Arbata minmək üçün istifadə etdiyi elektrik skuterini icarəyə götürüb.

Paytaxt sakini sonuncu dəfə Novoarbatski körpüsündə müşahidə kamerasına düşüb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə