Putin silah təminatının artırılmasını tələb edib...

Vladimir Putin Moskva yaxınlığındakı Korolevə gəlib. Orada prezidentə müdafiə sənayesi müəssisəsinin montaj sexi və yer sınaq mərkəzi nümayiş etdiriləcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dövlət başçısına “hava-yer” tipli məmulatlar, sürüşmə sursatları, uzaq mənzilli “hava-hava” raketləri, universal planlaşdırma və korreksiya modulu ilə təchiz edilmiş müxtəlif çaplı aviabombalar xətti təqdim olunacaq.

TASS xəbər verir ki, bundan əvvəl Putin “Taktik Raket Silahları Korporasiyası” SC-nin rəhbərliyi ilə görüş keçirib. Qeyd edək ki, Putin iki il ərzində sursat istehsalının 14 dəfə artdığını açıqlayıb. Dövlət başçısı həmçinin Silahlı Qüvvələrin müasir silah və texnika, o cümlədən pilotsuz uçuş aparatları və elektron döyüş texnikası ilə təminatının artırılmasını tələb edib.

…Biz hər zaman bir addım öndə olmalıyıq. Biz düşməndən öndə olmalıyıq - onda qələbə təmin olunacaq. Özünüz bilirsiniz, mütəxəssisləriniz də, özünüz də döyüş təmas xəttində işləyən, döyüşən, Rusiyanın maraqlarını əsirgəmədən qoruyan bizim oğlanlarla daim əlaqə saxlayırsınız. Ən azı yarım addım qabaqda olan kimi, işin effektivliyi dəfələrlə, sadəcə olaraq dəfələrlə artır.

Bunu deyən Putinin sözlərinə görə, Silahlı Qüvvələrin iqtisadiyyatında hər bir rubl səmərəli işləməlidir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə