Slovakiyanın baş nazirinin vəziyyəti yaxşılaşır...

...Sui-qəsddən sağ çıxan Slovakiyanın baş naziri Robert Fikonun vəziyyəti yaxşılaşır.

Siyasətçinin müalicə aldığı Banska Bystrica şəhərindəki Ruzvelt Xəstəxanasının mesajından sosial şəbəkədə məlum olub ki, növbəti məsləhətləşməyə toplaşan həkimlər, müalicənin subyektiv hisslərini təsdiqləyiblər.

SİA-nın əldə etdiyi məlumata görə, bir gün əvvəl ekspertlər Slovakiyanın baş nazirinin vəziyyətində sabit dinamikanın "mülayim yaxşılaşma ilə" olduğunu bildirdilər.

Xatırladaq ki, Robert Fikonun həyatına sui-qəsd mayın 15-də Nazirlər Kabinetinin iclasından sonra ictimaiyyətin qarşısına çıxan zaman edilib.

Atəş açan şəxs qısa müddətdə saxlanılıb. Onun 71 yaşlı yazıçı Yuray Tsintula olduğu üzə çıxıb. Slovakiya Daxili İşlər Nazirliyi Fikoya hücumun siyasi motivli olduğunu bəyan edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə