Xarkova hücum edən rus döyüşçülərə “görünməzlik kostyumu” verilib...

...Rus döyüşçüsünün siluetini bulandıran “görünməzlik kostyumları” Rusiya Silahlı Qüvvələrinin xüsusi əməliyyat zonasındakı bölmələri tərəfindən istifadə olunur.

SİA rus saytlarına istinadən xəbər verir ki, istehsalçı “HiderX” şirkətinin məlumatına görə, Rusiya ordusu bu məhsullardan 600-ə yaxınını alıb.

Şirkət ilkin olaraq 25 kostyumun sınaq üçün hərbçilərə təhvil verildiyini bildirib. İndi təxminən altı yüz rus döyüşçüsü Xarkov istiqamətində belə forma geyinir.

Tərtibatçılar izah ediblər ki, kostyumlar döyüşçüləri düşmənin termal kameralarından kamuflyaj etmək üçün nəzərdə tutulub.

...TASS xəbər verir ki, kamuflyaj kostyum və yağış paltarlarının ilin istənilən vaxtında geyinmək mümkündür.

Bu geyimlər təkcə hərbçini və onun texnikasını deyil, həm də silahları kamuflyaj edirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə